Sürücülərə XƏBƏRDARLIQ

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, mayın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında duman olacağı gözlənilir ki, bu da magistral avtomobil yollarında görünüş məsafəsini 500-1000 m-dək məhdudlaşdıracaq.