Bakıda ev yandı

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanar konstruksiyaları 50 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
"Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.