Bakı-Şamaxı yolunda ağır qəzada 5 nəfər öldü - VİDEO - YENİLƏNİB

 11:56 22.05.2023     2051

Daxili İşlər Nazirliyi Qobustanda baş verən dəhşətli yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Qəzada ölənlərdən 3-ü bir ailənin üzvləridir.

Onlardan 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır.

***

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.