İki gün geomaqnit qasırğası olacaq

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.
Bu barədə Redaktor.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd edilib ki, yaranan tac atılmaları və tac dəliklərindən çıxan yüksək sürətli axınlar səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.
“Mayın 22-də geomaqnit şəraitin stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq”, - məlumatda vurğulanır.