Metroda işıqlar söndü

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb.
Bu barədə Redaktor.az-a qurumdan bildirilib.
Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti ilə bağlı hər hansı problem yaşanmayıb.