"İtkin düşən mənim qızım deyil" - FOTO

 13:57 22.05.2023     572

"İtkin düşən mənim qızım deyil".

Redaktor.az xəbər verir ki bunu "news24.az"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev bildirib.

O bildirib ki, itkin düşən qızın onların ailəsi ilə əlaqəsi yoxdur:

"Mənim qızım Tağıyeva Ləman Rasim qızıdır. 9 yaşı var. 4-cü sinifdə oxuyur. Uşağım da hazırda evimizdədir. İtkin düşən isə Tağıyeva Əfsanə Mətləb qızıdır. Bizim həmkəndlimizdir. İtkin düşən uşağın mənim qızım olması haqqında yayılan xəbərlər yalandır. Bu məsələdə mənim adımı bilərəkdən hallandırırlar. Bundan əvvəl də belə bir hal yaşamışam. Bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Bu xəbələrdə adımın hallanması məni çox əsəbləşdirdi".  

Xatırladaq ki, Tovuzda itkin düşən Əfsanə Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması iddia edilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.

2