Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

 11:49 23.05.2023     333

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 22-ci ildönümüdür.

Redaktor.az xəbər verir ki, mayın 23-də ekoloqlar peşə bayramını qeyd edir.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.