Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

 20:26 23.05.2023     945

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

Xatırladaq ki, buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.