Nazir Türkiyədəki yanğınların söndürülməsində fərqlənən polkovniki İŞDƏN ÇIXARDI

 12:11 24.05.2023     469

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Redaktor.az manset.az-a istinadla bildirir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik Məmməd Xəlilli tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələki təyinat yoxdur.

Qeyd edək ki, polkovnik Məmməd Xəlili Tükiyədəki yanğınların söndürülməsi zamanı xüsusi xidmətləri ilə seçilən FHN əməkdaşlarından olub.