Naxçıvanda Hüseyn Cavidin ev muzeyi 8 aydır bağlıdır - VİDEO

 20:15 24.05.2023     371

Azərbaycan şairi, yazıçı və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi Hüseyn Cavidin ev muzeyi təmir-bərpa işləri ilə əlaqədar 8 aydır bağlıdır.

Redaktor.az xəbər verir ki, muzeyin direktoru Tünzalə Dilanovanın sözlərinə görə, yanvar ayına kimi işlərin 80 faizi icra olunsa da, daha sonra yarımçıq qalıb.

O qeyd edib ki, muzeyə gələn ziyarətçilər Hüseyn Cavidin məqbərəsinə yönləndirilir:

“Orada həm muzeyin yaranma tarixi, həm də Hüseyn Cavid haqqında məlumat verilir”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən isə bildirilib ki, yarımçıq qalan təmir-bərpa işlərinin davam etdirilməsi üzrə aidiyyəti üzrə danışıqlar aparılır.

Daha ətraflı Baku.Tv-nin süjetində: