Goranboyda yeniyetməni ilan sancdı

Goranboy sakinini ilan sancıb.
Redaktor.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
Kənd sakini - 2009-cu il təvəllüdlü Şahmərdan Cəfərov mal-qara otaran zaman ayağından ilan sanıb. O, yaxınların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. 14 yaşlı oğlana ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin kafi olduğu bildirilir.