QİÇS xəstələrinin sayı açıqlandı
2022-ci ildə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirilib. Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.
Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 2018-ci ildə 630, 2019-cu ildə 686, 2020-ci ildə 547, 2021-ci ildə 671 nəfər qeydə alınıb.