"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir"

 11:28 26.05.2023     415

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

Redaktor.az Report-a istinadla xəbər verir ki, bunu Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: "Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır".

Vumart və Güvən reklamı Vumart Güvən