"47 353 abonent 25 qəpik tarifi ilə qazdan istifadə edib" - "Azəriqaz"

"2023-cü ilin yanvar-aprel ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 932 299 abonenet 12 qəpik tarifdən istifadə edib".
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən Açıq qapı aksiyasında deyib.
Onun sözlərinə görə, 514 780 abonent 20 qəpik tarifindən istifadə edib:
"47 353 abonent 25 qəpik tarifi ilə qazdan istifadə edib".
Həmidə İbrahimli