"Azəriqaz"dan mühüm XƏBƏRDARLIQ

 12:30 26.05.2023     382

"İyul ayınadək tüstü bacalarının təmizlənməsi prosesi başa çatdırılmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" istehsalat birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, iyul ayının 1-dək tüstü bacalarının təmizliyi həyata keçirilməlidir:

"Qaz paylayıcısı tərəfindən noyabr ayınadək bu təmizlik prosesinin yoxlanılacaq. Əhalinin diqqətinə çatdırmaq istəyirik ki, bu kimi təmizlik işlərini payız qış mövsümünə saxlamasınıar. Birlik tərəfindən keçiriləcək yoxlanış prosesinə qabaqcadan hazır olsunlar".

Həmidə İBRAHİMLİ