Müstəqilliyimiz əbədi olacaqdır
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrilmiş, Rusiyada monarxiyaya son qoyulmuşdur. Bundan sonra Çar Rusiyasının tərkibində ağır vəziyyətdə yaşayan xalqların milli hərəkatı başlanmışdır. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Tobçubaşov və Azərbaycanın digər qabaqcıl insanlarının rəhbərliyi ilə müdrik Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi.
“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünkü 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”, deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onların fəaliyyətinə nə qədər yüksək qiymət verdiyini nümyiş etdirmişdir.Çox təəssüflər olsun ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 23 ay yaşamasına baxmayaraq, bu aylar ərzində çox böyük işlər görə bilmişdir.
Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan Dövlət bayrağımız və Azərbaycan vətəndaşlığı təsis edilmişdir. Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də milli ordunun yaradılması olmuşdur. Məhz bu ordu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir.Azərbaycan Xalq Cümhuriyyəti təhsilə çox böyük diqqət yetirirdi. Bakı Dövlət Universitetinin yaradılması da bunun bariz nümunəsi idi.Məhz o dövrdə ilk dəfə olaraq qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir.Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm siyasi kursu zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətnin 23 ay ərzindəki fəaliyyətini, onun qurucularının müstəqillik uğrunda apardıqları mübarizəni yüksək qiymətləndirir. Dövlət başçımızın “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”, fikirləri, Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması haqqında imzaladığı sərəncam, 2018- ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bunun bariz nümunəsidir. “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”deyən Prezident cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.Bu gün əminliklə, qürur və fəxrlə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü güclənmiş, qüdrətli , bütöv Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq.
Saleh Sadıqov,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Hidrogeoloji Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin rəisi,
Ü.Hacıbəyov 84 YAP ərazi ilk partiya təşkilatının sədri, əməkdar mühəndis