"Daha çox Bakıətrafı ərazilərdə su şəbəkəsinə qanunsuz qoşulurlar"

 15:43 26.05.2023     496

"Şəbəkəyə qanunsuz qoşulma hallarına daha çox Bakıətrafı ərazilərdə rast gəlinir".

Redaktor.az xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin "su təminatı, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması ilə bağlı Tədbirlər Planının icrası" mövzusundakı brifinqində Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.

O qeyd edib ki, komissiya 180 min kuba yaxın itirilmiş suyu bərpa edib:

"4 ay ərzində 4800 qeyri-qanuni su istehlakçısı aşkarlanıb. 780 min manatlıq ödəniş hesablanıb, bunun 68 faizi təmin olunub. Dəymiş zərəri ödəməyən abonentlər barədə artıq ciddi hüquqi proseslər başlayıb".

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən