“İlin sonuna 100 minə yaxın sayğac quraşdırılacaq” - “Azərsu”

 16:17 26.05.2023     453

Bu ilin sonuna qədər 100 minə yaxın su sayğacının quraşdırılması nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

"Bu gün hələlik abonentlərimizin 11%-i sayğacla təmin olunmayıb. Sayğaclarla bağlı ən çətin durum Bakıətrafı ərazilərdədir. Paytaxtın Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı vəziyyət çətindir. Çünki sayğaclar darvazaların içərisində yerləşir".

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən