"Azərsu" rəsmisi avtoyuma məntəqələrində içməli sudan istifadənin səbəbini AÇIQLADI
Abşeronda texniki su şəbəkəsi olmadığından hər yerdə içməli sudan istifadə edilir.
Redaktor.az xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin "su təminatı, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması ilə bağlı Tədbirlər Planının icrası" mövzusundakı brifinqində qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi.
O qeyd etdi ki, Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 %-də sayğac quraşdırılıb.
Humay İSGƏNDƏRLİ