Sayğacı ayırıb su oğurlayanlar aşkarlandı

 17:05 26.05.2023     377

"Azərsu" ASC tərəfindən keçirilən monitorinqlərdə 340 ünvanda qüsur və qanunsuzluq aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin "Su təminatı, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması ilə bağlı Tədbirlər Planının icrası" mövzusundakı brifinqində Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı dedi.

Onun sözlərinə görə, yoxlamalar zamanı 19 kənar xətt aşkarlanıb.

"Şəbəkəyə isə 74 qanunsuz qoşulma halları aşkarlanıb. Yoxlama zamanı 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda isə sayğacın işləmədiyi məlum olub", - deyə C.Cabbarlı bildirdi. 

Humay İSGƏNDƏRLİ