Bu rayonu da sel vurdu

 20:52 26.05.2023     505

Sədərək rayonuna güclü leysan yağıb, bəzi ərazilərdən sel keçib.

Redaktor.az xəbər verir ki, son günlər Sədərək rayonunda da intensiv xarakterli yağışlı hava şəraiti müşahidə olunur.

Bir neçə saat öncə rayon ərazisinə yağan güclü leysan nəticəsində yaşayış məntəqələrinə, o cümlədən Sədərək kəndindən sel keçib (report).