Azərbaycanda bu bölgələrdə qasırğa oldu

 21:22 26.05.2023     533

Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.

Redaktor.az xəbər verir ki, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.

Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb.

Hazırda Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.