Umayra Tağıyevadan hava proqnozu

 11:36 27.05.2023     1108

"Sabah (mayın 28-də) Bakıda və Abşeron yarımadasında havanın temperaturu 31 dərəcəyədək artacaq".

Redaktor.az xəbər verir ki, bunu report-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti mülayimləşəcək, yağıntı və güclü külək gözlənilmir.

Aran rayonlarında temperatur 35 dərəcəyədək yüksələcək.

Digər rayonlara gəldikdə, nazir müavini deyib ki, qeyri-sabitlik müşahidə olunacaq, xüsusən də bu, dağlıq və dağətəyi ərazilərə aiddir

"Ümumiyyətlə mayın ayının son günlərində lokal yağışlar olacaq".