Leysanın Goranboya vurduğu zərər AÇIQLANDI

 13:20 27.05.2023     619

Goranboy rayonu ərazisində baş verən leysan yağışı nəticəsində 14 baş iri buynuzlu mal-qaraya ziyan dəyib.

Bununla bağlı  Redaktor.az-a Goranboy rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ötən gün Goraynboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

Yaranan sel suları 3 fərdi yaşayış evinin həyətinə dolub, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan dəyib.

Əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparılır.

Humay İSGƏNDƏRLİ