Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları doldu - VİDEO

 13:43 27.05.2023     546

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış sularının dolması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.

Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub - VİDEO Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub - VİDEO