Məşhur iş adamı məhkəməyə verildi - Borcunu ödəmir...

 17:45 27.05.2023     368

Azərbaycanın reklam bazarında əsas oyunçulardan olan "Piramida Reklam” MMC barəsində Bakı İnzibati Məhkəməsində iddia qaldırılıb. 

Redaktor.az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlət İdraəsidir. 

İddia hakim Aygün Əhədovanın icraatındadır. İşin mahiyyəti vergi məsələləri üzrə mübahisələrdən ibarətdir. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Piramida Reklam” MMC-nin vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 25 275.85 AZN təşkil edir.

"Piramida Reklam” MMC 3 may 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Quliyev Əbülfəz Yusif oğludur.

Əbülfəz Quliyev ölkənin tanınan iş adamıdır. Onun rəhbərlik etdiyi şirkət reklam bazarında mətbəə, promosyon, reklam və polioqrafiya işləri ilə də məşğul olur. Bu, mediada bir ilk kimi təqdim olunub (qaynarinfo)