Bakıda Beynəlxalq Bariatrik Cərrahiyyə Konqresi keçirildi - FOTO

 19:17 27.05.2023     617

Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 6-cı Beynəlxalq, 2-ci Xəzəryanı dövlətlərin, 4-cü türkdilli xalqların bariatrik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib.

Redaktor.az xəbər verir ki, "Modern hospital"ın təşkilatçılığı ilə keçirilən konqresdə 11 xarici dövlət, 12 dərnək, 12 universitetdən gələn dünyaca məşhur cərrah, alim və mütəxəssislər iştirak ediblər.

Tədbir Azərbaycan dövlət himni başladı, daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxışlardan əvvə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videosüjet nümayiş olundu.

Konqresin açılış mərasimində Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, Səhiyyə Nazirliyinin şöbə müdiri Vüqar Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nelli Veyisova, Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov, Ümumdünya Bariatik Assosiasiyasının prezidenti Scott Shikora və başqaları çıxış edərək bu mühüm tədbirin əhəmiyyətindən danışdılar.

Qeyd olundu ki, piylənmə qeyri-infeksion epidemiya olaraq əsrimizin ən geniş yayılmış xəstəliklərindən biridir. Həmin patologiyanın aradan qaldırılmasında bir sıra tibbi metodlardan istifadə edilir. Ötən əsrin ortalarından tətbiq edilməyə başlayan bariatrik əməliyyatlar artıq çəki ilə mübarizədə ən yeni üsul sayılır. Artıq çəki hazırda dünyada ölümə səbəb olan xəstəliklər sırasında ön sıralarda dayanır. Həmin problemlə mübarizədə bariatrik əməliyyatlar artıq 70 ildən çoxdur ki, müsbət nəticələr verir. Ölkəmizdə bu sahədə 11 ildən çoxdur ki, uğurlu cərrahiyyə əməliyyatlar aparılır. 2017-ci ildə bu sahədə milli protokol imzalanıb, 2018-ci ildən dərsliklər dərc olunmağa başlayıb. Bariatrik əməliyyatlar və metabolik xəstəliklərlə əlaqədar bir sıra konqreslər, maarifləndirici seminarlar keçirilib. Bu gün keçirilən konqres də bariatrik əməliyyatların öyrənilməsi, təkmilləşdirilməsi və daha qabaqcıl texnologiyaları yiyələnmək sahəsində irəliyə doğru daha bir addımdır.

Sonra konqres ayrı-ayrı panellərdə öz işini davam etdirdi.

Konqresin 7 akademik panelində 29 beynəlxalq çıxış olmaqla 65 elmi məruzə dinlənildi.

Konqresin Təşkilat Komitəsinin sədri, Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibbelmləri üzrə fəlsəfə doktoru Tariyel Ömərov müxbirimizlə söhbətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 6-cı Beynəlxalq konqresdə bariatrik cərrahiyyə və metabolik xəstəliklər üzrə dünyanın ən mötəbər mütəxəssilərinin iştirakını artıq Azərbaycan həkimlıərinin bu sahədə beynəlxalq zəmində tanınması və hörmət edilməsi ilə əlaqələndirdi.

T.Ömərov bildirib ki, tədbirdə qeyri-infeksion xəstəliklər sırasına daxil olan və “səssiz epidemiya” adlandırılan piylənmə ilə mübarizə sahəsində dünyanın müxtəlif ölkələrindən gələn məşhur cərrah və həkimlərlə təcrübə mübadiləsi aparılır.

 “Texnologiyanın inkişafı sayəsində son illər bariatrik cərrahiyyə sahəsində xeyli irəliləyişlər baş verib. Laparoskopik üsulla edilən bariatrik əməliyyatdan sonra xəstə qısa vaxt ərzində yaxşılaşır və asanlıqla gündəlik həyatına qayıda bilir. Əməliyyat prosesinin rahatlaşması və əməliyyatdan sonra risklərin azalması piylənmənin müalicəsində cərrahi üsulların səmərəliliyini sübut edib. Üstəlik piylənmə ilə əlaqədar uğurla aparılan bariatrik cərrahiyyə əməliyyatından sonra xəstənin piylənmə ilə əlaqədar sağlamlıq problemlərindən də xilas olması mümkündür. Onu da qeyd etməyə dəyər ki, konqresin yalnız piylənmənin cərrahi müalicəsi ilə deyil, eyni zamanda erndokrinologiya, diyetologiya, anesteziologiya, reanimasiya, qastroenterologiya və digər panellərlə də öz işini davam etdirməsi son illər yayılan bu üsuldakı yenilikləri hərtərəfli öyrənməyə imkan verəcək”, - deyə mütəxəssis bildirdi.

Tunar Altunbay

 

22222222222