Gürcüstanda ölümlə nəticələnən qatar qəzası barədə AÇIQLAMA - FOTO

 19:48 27.05.2023     504

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Marabda-Kartsaxi dəmiryolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

ADY-dən Redaktor.az-a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib - YENİLƏNİB ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib - YENİLƏNİB