Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

 12:10 29.05.2023     309

Avropa İttifaqı Şurasının Şərqi Avropa Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb.

"İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.