Şəhidlər zirvəsinə yürüş olub -FOTO

 12:35 29.05.2023     336

"Şəhidlər zirvəsi" layihəsinin ideya müəllifi Vaqif Şahsuvarovun təşkilatçılığı ilə Əlincə qalasındakı Şəhidlər zirvəsi şəhid ailələri tərəfindən ziyarət olunub.

Redaktor.az "NAXCİVANXEBERLERİ" nə istinadən xəbər verir ki, ziyarətə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ziyarət edildikdən sonra başlanılıb. Şəhidlər zirvəsində bütün Azərbaycan ŞƏHİDLƏRİNİN ruhuna dualar edilib və ŞƏHİDLƏRİMİZİN 44 gün ərzində göstərdikləri qəhrəmanlıqdan söz açılıb.

Qeyd edək ki, 03 iyun saat 13:00-da "Şəhidlər zirvəsi" sənədli filminin təqdimatı da keçiriləcək. Təqdimat Naxçıvan şəhərindəki Gənclik mərkəzində olacaq. Hər kəs dəvətlidir.

22222