Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

 14:50 29.05.2023     688

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən