Bu il Qarabağa qayıdacaq ailələrin sayı açıqlandı

 23:33 29.05.2023     354

“Bu il ərzində ümumilikdə 1800 ailənin öz doğma torpağına qayıdışı və daimi məskunlaşması nəzərdə tutulub”.

Redaktor.az “Qafqazinfo”a istinadla xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Laçına şəhərinə 700, rayonun Zabux və Sus kəndlərinə 400-ə yaxın, Şuşa şəhərinə 450, növbəti mərhələdə isə Tərtərin Talış kəndinə 113 və Füzuli şəhərinə 267 ailənin bu il ərzində qayıdışı nəzərdə tutulub.