Məşhur aparıcının məhkəməsinin tarixi məlum oldu – 10 minlik borc

 21:06 30.05.2023     389

Azərbaycanda Azər Zahid kimi tanınan məşhur televiziya aparıcının məhkəmə işinin tarixi məlum olub. 

Redaktor.az xəbər verir ki, İsmayılov Azər Zahid oğlunun aparıcının vergi borcuna görə işinə Bakı Kommersiya Məhkəməsində 06.06.2023-cü il tarixində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. 

Məlumata görə, A.İsmayılovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 10 min 328 manat 74 qəpik ilkin vergi borcu var. 

Hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq məhkəmə işində qərar qəbul edilərsə aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacaq. Əks halda A.İsmayılov vergi borcunu ödəməli olacaq. 

Qeyd edək ki, vergi borcunun A.İsmayılovun “TikTok”da təqdim etdiyi “Təkərdə” şousundan əldə etdiyi 130 min dollar gəlir ilə bağlı yarandığı iddia olunur.