Azərbaycanda keçmiş hakim vəfat etdi

 11:30 31.05.2023     454

Bir neçə il əvvəl hakimlik fəaliyyətinə xitam verilən Bəhram Şükürov vəfat edib.

Redaktor.az xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən keçmiş hakim Bakıda dünyasını dəyişib.

Bəhram Şükürov Apellyasiya Məhkəməsinin ilk hakimlərindən olub.

Lakin sonradan fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilərək səlahiyyətlərinə xitam verilib.