Daha bir qazi sağalaraq Vətənə geri döndü

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə apa-ya "YAŞAT" Fondundan xəbər verilib.
Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək
Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.