Bu rayona güclü dolu düşdü - VİDEO

 18:45 01.06.2023     775

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..

Redaktor.az xəbər verir ki, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.