"Azəriqaz" rəsmisi vətəndaş müraciətlərinin sayını açıqladı

 11:42 02.06.2023     853

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 4 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 4424 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 2034 müraciət "Opentext" proqramı vasitəsilə, 2390 müraciət isə elektron formada daxil olub:

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 4 ayı ilə müqayisədə 229 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub".

Həmidə İBRAHİMLİ