Faktiki hava açıqlandı - Şimşək, yağış

Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bu gün saat 19:00-a olan məlumata əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.
Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.