"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

“Azəriqaz” rəhbərliyinin Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.
Redaktor.az xəbər verir ki, 05 iyun saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 025-24-5-54-98) müraciət edə bilərlər.