“Laçın” sərhəd-keçid məntəqəsindən rahatlıqla keçən ermənilər - VİDEO

 17:11 03.06.2023     642

“Laçın” sərhəd-keçid məntəqəsi artıq tam fəaliyyət göstərir və etnik ermənilər cavandan qocayadək ondan rahat şəkildə istifadə edirlər”.

Redaktor.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.

“Halbuki separatçılar bu sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklərini demişdilər.

Bununla bağlı yayılan kadrlardan görünür ki, ermənilərin “blokada” və “etnik təmizləmə” ilə bağlı sözləri separatçıların yaratdığı mifdən başqa bir şey deyil”, - məlumatda qeyd edilib.