Vilayət Eyvazov polkovnik-leytenanta yeni VƏZİFƏ VERDİ

 17:24 03.06.2023     578

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şaiq Məmmədov Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə o, Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi təyin olunub.(lent.az)