Sürücülərin NƏZƏRİNƏ! - Bəzi magistrallarda görünüş MƏHDUDLAŞACAQ

 15:35 04.06.2023     677

Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyunun 5-də gecə və səhər dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700 - 1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.