Nazir Aqil Abbasın oğlunu bu bölməyə rəis təyin etdi - FOTO

 11:27 05.06.2023     847

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.

Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur.

O, bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.