Bulvarda yığışdırılan attraksionların aqibəti necə OLACAQ?

 11:42 05.06.2023     432

Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvarda bir sıra attraksionların yığışdırılması Bakı sakinləri arasında narazılıqlara səbəb olub. Vətəndaşlar attraksionların az olmasından və əvvəlkilərin də yığışdırılmasından şikayətlənirlər.

Redaktor.az məsələyə aydınlıq gətirmək üçün Dənizkənarı Bulvar İdarəsinə sorğu göndərib.

İdarədən sorğumuza cavab olaraq bildirildi ki, tezliklə müasir tələblərə cavab verən və ictimaiyyətin marağını cəlb edən yeni attraksionların Milli Park ərazisinə gətirilməsi nəzərdə tutulub.

Arzu İSMAYIL