ANAMA işçi axtarır
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
Agentlikdən Redaktor.az-a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.
Məlumata görə, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.
-
müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
-
şəxsiyyət vəsiqəsinin surəti;
-
təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
-
əmək kitabçasının surəti.
Məlumatda sənəd qəbulunun cari ilin 30 iyun tarixinədək həyata keçiriləcəyi və seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcəyi bildirilib.