"Azəriqaz"ın “Açıq mikrofon”u Zərdabda quruldu - FOTO
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.
Redaktor.az xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb.
Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib.
2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.
Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatı aparılıb.