"Azəriqaz" Yevlax sahibkarları üçün "Açıq mikrofon" quracaq

 09:13 06.06.2023     387

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin yaydığı məlumatda deyilir.

Bildirilib ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax şəhərində görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Sarayının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 8-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

2