“Qarabağa ayrılan pulun 60 %-i xərclənib”

"2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış" proqramı üzrə layihələrin icrası üçün 3 milyard manat nəzərdə tutulub".
Redaktor.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar iclasında deyib.
Nazirin sözlərinə görə, ayrılan vəsaitin 60 faizi ötən 5 ay ərzində icra olunub:
"İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam etməkdədir".