Səfirliklərimizin müdafiəsi gücləndirilməlidir - Deputat

 12:25 06.06.2023     424

Xaricdəki səfirliklərimizin müdafiəsi gücləndirilməlidir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat xaricdəki səfirliklərin təhlükəsizliyi üçün büdcədən ayrılan maliyyənin artırılmasını təklif edib: “Keçən büdcə müzakirələrində sanki ürəyimə dammışdı, bu məsələni yenə qaldırmışdım. Üstündən qısa müddət keçəndən sonra İrandakı səfirliyimizə hücum oldu. Bizi gözü götürməyən dövlətlərin təxribatlarından hələ də sığortalanmamışıq”.

Vumart və Güvən reklamı Vumart Güvən