"Azəriqaz"ın "Açıq mikrofon"u Şamaxıda qurulacaq

İyunun 8-də saat 11:00-dan 12:00-dək "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Şamaxı rayonunun Çuxuryurd kəndində baş tutacaq.
Redaktor.az-a birlikdən verilən məlumata görə, vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.